Bakıda vətəndaşlara saxta “COVID-19” pasportu satmaqda şübhəli bilinən 3 nəfər hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun yaydığı birgə məlumatda deyilir.
“Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avqustun 30-da keçirilən tədbirlərlə saxta “COVID-19” pasportu satmaqda şübhəli bilinən Bakı şəhər sakinləri Fikrət Şıxıyev, Eldar Mirzəyev və Şirin Şirəliyev saxlanılıblar. İlkin dindirmə zamanı onlar hər birindən 225 manat almaqla 40 nəfər şəxsə belə saxta sənəd satdıqlarını etiraf ediblər”, - deyə məlumatda bildirilir.
Hazırda faktla bağlı Rayon Polis İdarəsinin və Rayon prokurorluğunun əməkdaşları tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.*
E.Şəfiyev