2021-ci ilin yanvar-iyul aylarında Azərbaycana gələn xarici vətəndaşlar bank kartları vasitəsilə 288,2 milyon manatlıq ($169,5 milyon) əməliyyat aparıblar. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, 2020-ci ilin yanvar-iyul ayları ilə müqayisədə əməliyyatların həcmi 5,1% azalıb.
Yanvar ayında aparılan əməliyyatların həcmi 25 milyon manat, fevral ayında 25,5 milyon manat, mart ayında 33,4 milyon manat, aprel ayında 28,3 milyon manat, may ayında 32,6 milyon, iyun ayında 48,3 milyon manat, iyul ayında 95,1 milyon manat təşkil edib.
2020-ci ilin yekunları üzrə ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların həcmi 430,2 milyon manat ($253,1 milyon) təşkil edib ki, bu da 2019-cu ilin göstəricisindən 65,8% azdır. Bu azalma koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərlə şərtlənib.*
B.Rüstəmbəyov