2021-ci ilin yanvar-iyul aylarının yekunları üzrə “Azexport.az” portalına ümumilikdə $283,6 milyon məbləğində ixrac sifarişləri daxil olub. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
Yanvar ayında ixrac sifarişlərinin həcmi $53,9 milyon, fevralda $35,3 milyon, martda $42 milyon, apreldə $33 milyon, mayda $30,1 milyon, iyunda $42,3 milyon, iyulda $47 milyon təşkil edib.
2020-ci ildə “Azexport.az” portalına $610,7 milyon məbləğində ixrac sifarişləri daxil olub, 2019-cu illə müqayisədə artım 2,5% təşkil edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 2016-cı ilin dekabr ayında “Azexport.az” portalını istifadəyə verib. Fəaliyyət göstərdiyi dövr ərzində portala ümumilikdə $2 milyard 479,2 milyon məbləğində ixrac sifarişləri daxil olub.*
B.Rüstəmbəyov