Cənubi Qafqaz ölkələri infrastruktur, rabitə və ekologiya sahələrində əməkdaşlıq edə bilər. Bunu ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde bu gün keçirilən təhlükəsizlik məsələləri üzrə illik konfransda deyib.
“Gürcüstan, Ermənistan və Azərbaycan arasında əməkdaşlıq Cənubi Qafqaz regionunda dayanıqlı sülh və inkişaf üçün vacibdir. Cənubi Qafqaz ölkələri xüsusilə infrastruktur, rabitə və ekologiya sahələrində əməkdaşlıq edə bilərlər”, - deyə Linde bildirib.
O vurğulayıb ki, ATƏT Azərbaycanla Ermənistan arasında müharibə başa çatandan sonra əldə olunmuş atəşkəsdən qalan problemlərin dayanıqlı həlli istiqamətində səylərini bərpa etmək üçün istifadə etməlidir.
“Bu il Bakıya və İrəvana səfərlərim zamanı ümidvar olduğumu bildirdim ki, tərəflər dayanıqlı siyasi həll yollarının tapılması üçün danışıqları bərpa edəcəklər”, - deyə sədr qeyd edib.*
E.Şəfiyev