2021-ci ilin yanvar-iyul aylarında 20 iri dövlət və özəl şirkət tərəfindən Azərbaycandan qeyri-neft məhsullarının ümumi ixrac həcmi $827,709 milyon təşkil edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
Yanvar-iyul aylarının yekunları üzrə dövlət şirkətləri arasında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi ($158 milyon), özəl şirkətlər arasında isə “MKT İstehsalat Kommersiya” MMC ($72,6 milyon) qeyri-neft məhsullarının ən iri ixracatçısı olub.
Dövlət şirkətləri arasında qeyri-neft məhsullarının ən iri ixracatçıları sırasına “SOCAR Polymer” ($122,7 milyon), “AzerGold” QSC ($76,3 milyon), “Azəralüminum” MMC ($57,9 milyon), “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC ($55 milyon), “Azərenerji” ASC ($32,4 milyon), “Azəripək” MMC ($1,8 milyon), “Azərbaycan Dəmir Yolları” QSC ($1,2 milyon), “Caspian GEO” MMC ($0,769 milyon) və Naxçıvan Dövlət Energetika Xidməti ($0,74 milyon) daxildir.
Qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısına isə “Azerbaijan International Mining Company” ($55 milyon), “Local garden” MMC ($50,5 milyon), “P-Aqro” MMC ($28,5 milyon), “Baku Steel Company” MMC ($28 milyon), “Sun Food” MMC ($22,6 milyon), “Azərşəkər İstehsalat Birliyi” MMC ($20,7 milyon), “RAM Beynəlxalq Nəqliyyat və Ticarət Ltd” MMC ($16,2 milyon), “Fruitland” MMC ($13,5 milyon) və İlqar Cəfərov ($13,3 milyon) daxildir.
Azərbaycan yanvar-iyul aylarında $1,4 milyard məbləğində qeyri-neft məhsulları ixrac edib.*
N.Abbasova