Azərbaycan Respublikasıİpoteka Və Kredit Zəmanət Fondu 2021-2023-cü illər üzrə maliyyə hesabatlarının kənar auditorunu müəyyən edib.
“İnterfaks-Azərbaycan”ın məlumatına görə, www.etender.gov.az saytındakı məlumata əsasən, bu məqsədlə Fond "Baker Tilly Audit Azərbaycan" QSC ilə müqavilə imzalayıb.
Müqavilənin dəyəri – 92,04 min manatdır.
"Baker Tilly Audit Azərbaycan" İKZF-nin auditinin aparılması üzrə təcrübəyə malikdir. Xüsusilə, şirkət Fondun 2007-2009-cu və 2017-ci il ərzində BMHS üzrə xarici auditini həyata keçirib.
2018-2020-ci illərdə «RSM Azerbaijan» MMC İKZF-nin auditoru olub. **
X.Nəsirzadə