İran İslam Respublikası Azərbaycanın azad olunmuş ərazilərinin bərpasında iştiraka hazırdır. Bu barədə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığı zamanı bəyan edib.
“İran İslam Respublikası Azərbaycan Respublikası ilə hərtərəfli ikitərəfli münasibətlərin inkişafına çalışır və Azərbaycanın azad olunmuş ərazilərinin bərpasında iştiraka hazırdır”, - İran XİN Abdullahiyanın sözlərinə istinad edir.
Öz növbəsində, Bayramov İranla Azərbaycan arasında bütün sahələrdə ikitərəfli əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib.
“Həmçinin, Bayramov və Abdullahiyan biri-birini qısa zamanda iki ölkənin paytaxtlarına səfər etməyə dəvət ediblər”, - “İnterfaks-Azərbaycan”ın qeyd etdiyi kimi, İran XİN-dən vurğulanır. **
E.Şəfiyev