Çərşənbə günü Azərbaycanın Belarusdakı yeni səfiri Ülvi Baxşəliyev etimadnaməsinin sürətini Belarus XİN başçısı Vladimir Makeyə təqdim edib.
“Baxşəliyev və Makey siyasi, ticarət-iqtisadi və humanitar sahələrdə Belarus-Azərbaycan münasibətlərinin ikitərəfli inkişafının aktual məsələlərini müzakirəı ediblər”, - “İnterfaks-Azərbaycan”ın məlumatına görə, bu barədə Belarus XİN-in saytında qeyd olunur.
Həmsöhbətlər Minsk və Bakının beynəlxalq meydançalarda qarşılıqlı əlaqə mövzuları, həmçinin birgə layihələrin reallaşdırılmasının gedişatına toxunublar.
Prezident İlham Əliyev 2021-ci 16 iyul tarixində Ülvi Baxşəliyevin Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb. **
E.Şəfiyev