Dövlət Vergi Xidməti 2020-ci ilin payızında Qarabağda 44günlük Vətən müharibəsi dövründə Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlərlə bağlı və həmin sahibkarlara maddi yardımın göstərilməsi prosesi barədə məlumat verib.
“Zərərin qiymətləndirilməsi və aradan qaldırılması üçün müvafiq rayonlarda yaradılmış Dövlət Komissiyasının işçi qrupları tərəfindən araşdırmalar aparılıb,294sahibkarlıq subyektinin əmlakına ziyan vurulduğu müəyyənləşdirilib və dəymiş ziyanın həcmi qiymətləndirilib. Müəyyən olunub ki, Vətən müharibəsi dövründə294sahibkarlıq subyektinin əmlakına dəyən ziyanın ümumi məbləği4 milyon 741 min 647manat təşkil edir”, - Xidmətin məlumatında qeyd olunur.
Dövlət Vergi Xidməti tərəfindən müvafiq tədbirlər həyata keçirilib və zərər çəkmiş sahibkarlara vəsaitlərin ödənilməsinə başlanılıb. Avqust ayının sonuna artıq 245 sahibkarlıq subyektinin müvafiq bank hesabına4 milyon 261 min 941manat vəsaitin ödənişi təmin olunub. **
X.Nəsirzadə