İran İslam Respublikasının Ənzəli şəhərində keçirilən "Dəniz kuboku" beynəlxalq müsabiqəsi çərçivəsində hərbi dənizçilərimiz 3000 metr məsafədən artilleriya qurğularından döyüş atışları üzrə yarışın qalibi olublar. Bu barədə Müdafiə Nazirliyi məlumat verir.
Hədəfin məhv edilməsi üçün artilleriya qurğularının heyətlərinə 40 ədəd mərmi verilib. Tapşırığın icrası zamanı dəniz hədəfi kimi xüsusi quraşdırılan gəmi lövhəsindən istifadə olunub.
Yekun nəticəyə əsasən, hərbi dənizçilərimiz 40 xalla birinci yerdə qərarlaşaraq İran, Rusiya və Qazaxıstan komandalarını geridə qoyublar.
"Dəniz kuboku" müsabiqəsi “Beynəlxalq Ordu Oyunları -2021” yarışları çərçivəsində keçirilir. **
E.Şəfiyev