Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin iştirakı ilə "TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimləri keçiriləcək.
Təlimlər Türkiyənin Konya şəhərində keçiriləcək və sentyabrın 17-də sona çatacaq. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat verir.
“Təlimlərdə iştirak edəcək Azərbaycan HHQ-nin 2 ədəd MiQ-29 və 2 ədəd Su-25 döyüş təyyarəsi çərşənbə günü Türkiyəyə yola düşüb”, - MN-dən bildirilir.
Birgə təlimlər Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilir. **
E.Şəfiyev