Azərbaycanda koronavirus infeksiyasına 3 min 845 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 428,736 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 3 min 788 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 41 nəfər (ötən gün 44 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 5 min 677 nəfərə çatıb.
Virusa yoluxmuş 370,022 min nəfər (sutka ərzində +3 min 876) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 53 min 057 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 min 102 (ötən gün 19 min 693 test), hazırkı dövrədək isə ümumilikdə 4 milyon 481,039 min test aparılıb.**
A.Salayeva