“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Qazaxıstan Respublikasının Qvardiya qarnizonunda keçirilən "Artilleriya atəşinin ustaları" müsabiqəsi başa çatıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat verir.
“Müsabiqədə doqquz ölkənin təmsilçiləri ilə yarışan Azərbaycan artilleriyaçıları yüksək peşəkarlıq nümayiş etdirərək üçüncü yerə layiq görülüblər”, - məlumatda qeyd olunur.
Qazaxıstan və Rusiya komandaları isə müvafiq olaraq ilk iki yeri paylaşıblar.
Sentyabrın 2-də “Artilleriya atəşinin ustaları” müsabiqənin bağlanış mərasimi keçiriləcək. **
A.Salayeva