Böyük Britaniya Qarabağın minalardan təmizlənməsinə 500 min funt sterlinq ayırıb. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
“Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramına verilən vəsait mina təmizləməsini dəstəkləmək və Dağlıq Qarabağda və ətrafındakı bölgələrdə çirklənmiş əraziləri insanların istifadəsi üçün təhlükəsiz hala gətirmək üçün təlim və kadr hazırlığına kömək edəcək”, - deyə məlumatda bildirilir.
Daha əvvəl Birləşmiş Krallıq 2020-ci il Dağlıq Qarabağ münaqişəsindən zərər çəkmiş insanları dəstəkləmək üçün Beynəlxalq Qızıl Xaç Komitəsinə 1 milyon funt sterlinq ianə etmişdi.
Böyük Britaniya Qarabağın minalardan təmizlənməsində Azərbaycana yardım göstərməyə hazır olduğunu dəfələrlə bəyan edib.*
E.Şəfiyev