“Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” publik hüquqi şəxsi (Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin strukturu) laborator dəstlərin, standartların və laborator ləvazimatların satın alınmasına 2,7 milyon manata yaxın vəsait yönəldəcək.
www.tender.gov.az saytında dərc olunmuş materiallara görə, bu məqsədlə “AVAZ Group” MMC ilə iki müqavilə bağlanıb. Müqavilələrin ümumi dəyəri 2 milyon 678,019 min manatdır.
1 milyon 209,437 min manatlıq birinci müqavilə laborator dəstlərin və standartların, 1 milyon 468,582 min manatlıq ikinci müqavilə laborator ləvazimatların satın alınmasını nəzərdə tutur.*
B.Rüstəmbəyov