“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Rusiya Federasiyasının Moskva şəhərində keçirilən “Tank biatlonu” müsabiqəsinin yarımfinal mərhələsində uğurla çıxış edən Azərbaycan tankçıları final mərhələsinə yüksəlib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Sentyabrın 4-də keçiriləcək final mərhələsində tankçılarımız Rusiya, Çin və Qazaxıstandan olan tank heyətləri ilə mübarizə aparacaqlar.
“Tank biatlonu” müsabiqəsi 22 avqust-4 sentyabr tarixlərində keçirilir.*
E.Şəfiyev