Ukraynanın “Bees Airline” aviaşirkəti 2021-ci ilin noyabr ayından Azərbaycana uçuşlara başlamağı planlaşdırır.
““Bees Airline” aviaşirkətinə noyabr ayının 1-dən etibarən həftədə iki dəfə olmaqla Odessa-Gəncə aviareysi üzrə uçuşlar həyata keçirmək hüququ verilib”, - deyə Ukrayna KİV-nin məlumatında bildirilir.
Məlumata görə, loukoster yeni istiqaməti bron sisteminə daxil etmədiyi üçün hazırda biletləri əldə etmək mümkün deyil.*
N.Abbasova