“Zəyəm Texnologiyalar Parkı” ASC (ZTP) 18 milyon manat məbləğində səhmlərin əlavə emissiyasının yerləşdirilməsindən cəlb olunan vəsaiti əsasən borcların ödənilməsina yönəltməyi planlaşdırır.
Xəbər verildiyi kimi, cəmiyyətin səhmlərinin yerləşdirilməsi Bakı Fond Birjasında (BFB) abunə yazılışı üsulu ilə həyata keçiriləcək. Abunə yazılışı 2021-ci il 31 avqust - 29 oktyabr tarixləri aralığını əhatə edəcək. “Zəyəm Texnologiyalar Parkı” ASC-nin səhmləri BFB-də listinqə daxil edilib.
Cəmiyyət səhmlərin əlavə emissiyasından əldə edilən vəsaitləri 17 milyon 876,442 min manat məbləğində qiymətləndirilən borcların ödənilməsinə, qalan məbləği isə şirkətin cari fəaliyyətinə yönəldəcək.
2020-ci ilin sonuna ZTP-nin nizamnamə kapitalı 305,246 min manata bərabərdir.
Şəmkir şəhərində fəaliyyət göstərən “Zəyəm Texnologiyalar Parkı” ASC kənd təsərrüfatı sektoru üçün metal konstruksiyalar, avadanlıqlar və digər məhsulların istehsalını həyata keçirir. 2020-ci ilin sonuna cəmiyyətin aktivləri 17,2 milyon manat məbləğində qiymətləndirilir.*
X.Nəsirzadə