Azərbaycanda koronavirus infeksiyasına 3,759 min yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 432,495 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 3,845 min yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 45 nəfər (ötən gün 41 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 5 722 nəfərə çatıb.
Virusa yoluxmuş 373,475 min nəfər (sutka ərzində +3,473 min nəfər) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 53 min 298 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 678 (ötən gün 19102 test), hazırkı dövrədək isə ümumilikdə 4 milyon 498,717 min test aparılıb.*
X.Nəsirzadə