Azərbaycanda 2,8 milyon nəfərə yaxın şəxs koronavirus (COVID-19) əleyhinə iki mərhələ üzrə vaksinasiya olunub. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.
Sentyabrın 2-nə olan məlumata görə, 4 milyon 239,851 min nəfər birinci, 2 milyon 770,082 min nəfər ikinci mərhələ üzrə vaksinasiya olunub.
Vurulan vaksinlərin ümumi sayı 7 milyon 9,933 min təşkil edir.
2021-ci il iyulun 1-nə Azərbaycan əhalisinin sayı 10 milyon 139,196 min nəfərdir. Beləliklə, sentyabrın 2-nə əhalinin 27,3%-i tam vaksinasiya olunub.
Azərbaycanda vaksinasiya prosesinə 2021-ci il yanvarın 18-dən başlanılıb və könüllü xarakter daşıyır. Ölkədə vaksinasiyanın 2021-2022-ci illərdə mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır.
Hazırda Azərbaycanda “CoronaVac”, “AstraZeneca”, “Sputnik V” və “Pfizer” peyvəndlərindən istifadə edilir.*
X.Nəsirzadə