“AzerGold” QSC Çovdar Filiz Emalı Sahəsinin 4-cü sahəsinin yuyulması üçün lent tipli konveyerlərin satın alınması və quraşdırılması üçün şirkət seçir.
Seçim açıq tender üsulu ilə keçirilir. İştirak haqqı – 800 manatdır.
Əlaqələndirici şəxs: Aygül Tağıyeva, əlaqə telefonu: (+99412)505-02-02/tender@azergold.az
Şirkətlərdən təkliflər 18 oktyabr saat 15:00-dək qəbul olunur. Təkliflərin açılması proseduru 19 oktyabr saat 15:00-da baş tutacaq.
Tender predmeti $3 milyondan artıq məbləğdə qiymətləndirilir.
“AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.
Bundan başqa, Prezident İlham Əliyevin 2020-ci ilin avqust ayında imzaladığı sərəncamla “AzerGold” QSC-yə ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etmək tapşırılıb.**
N.Abbasova