Azərbaycanda koronavirus infeksiyasına 3,762 min yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 436,257 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 3,759 min yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər (ötən gün 45 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 5 min 760 nəfərə çatıb.
Virusa yoluxmuş 377,287 min nəfər (sutka ərzində +3,812 min) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 53 min 210 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 017 (ötən gün 17 min 678 test), hazırkı dövrədək isə ümumilikdə 4 milyon 517,734 min test aparılıb.**
X.Nəsirzadə