Ermənistan Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyası prosesinə hazırdır. Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan edib.
“Demarkasiya və delimitasiyaya gəlincə, Ermənistan hazırdır, lakin hazırda heç bir iş aparılmır. Biz Azərbaycanın reaksiyasını gözləyirik”, - Qriqoryan cümə günü jurnalistlərə bildirib.
O, Azərbaycanın da müsbət reaksiya verəcəyinə və “sərhəddə meydana gələn böhranın tezliklə həlli üçün demarkasiya və delimitasiya üzrə işlərin tez zamanda başlanması üçün imkanın yaranacağına” ümidvar olduğunu qeyd edib. **