Cümə günü Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qırğız Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Kayrat Osmonaliyevlə görüşüb.
Osmonaliyev etimadnaməsinin surətini Bayramova təqdim edib. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindənməlumat verilir.
“Bayramov ölkələrimiz arasında əsrlər boyu mövcud olan etnik, mədəni, dini bağlara əsaslanan dostluq münasibətlərindən danışaraq, bu əlaqələrin inkişaf perspektivlərini vurğulayıb. Hazırda Azərbaycan ilə Qırğızıstan arasında bütün səviyyələrdə qarşılıqlı anlaşmanın mövcud olduğunu bildirilib”, - məlumatda deyilir.
XİN-in məlumatına görə, tərəflər ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri, o cümlədən siyasi, iqtisadi, humanitar, mədəni sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi və birgə layihələrin həyata keçirilməsinə dair, eləcə də qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıblar. **
E.Şəfiyev