Azərbaycanda koronavirus infeksiyasına 3,305 min yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 439,562 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 3,762 min yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 40 nəfər (ötən gün 38 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 5,8 min nəfərə çatıb.
Virusa yoluxmuş 380,710 min nəfər (sutka ərzində +3 min 423) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 53 min 052 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 172 (ötən gün 19 min 017 test), hazırkı dövrədək isə ümumilikdə 4 milyon 535,906 min test aparılıb.**
A.Salayeva