Füzuli Beynəlxalq Hava Limanının terminalının tikintisi cari il sentyabr ayının sonuna qədər başa çatacaq. Bu barədə terminalın tikinti layihəsinin baş mühəndisi Selim Akpay bəyan edib.
“Tikinti üçün Türkiyə, Rusiya, Çin, Almaniya, ABŞ, İtaliya, İspaniya, Finlandiyadan tikinti materialları və avadanlıq gətirilib. Tikinti işləri beynəlxalq standartlara uyğun olaraq aparılıb”, - Akpay qeyd edib.
Eyni zamanda, AzVirt şirkətinin direktoru Kamil Əliyev bildirib ki, hazırda Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının tikinti işləri həyata keçirilir.
“Hazırda orada torpaq işləri aparılır, həmçinin gələcəkdə tikintiyə xidmət edəcək istehsalat bazası hazırlanır”, - Əliyev deyib.
Onun sözlərinə görə, Zəngilan beynəlxalq hava limanının 2022-ci ildə, Laçın beynəlxalq hava limanının -2023-cü ildə istifadəyə verilməsi planlaşdırılır. **
X.Nəsirzadə