Ermənistan tərəfinin Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən sərhədyanı ərazilərdəki otlaq sahələrinin qəsdən yandırılması barədə yaydığı məlumat həqiqətə uyğun deyil. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilir.
"Bu məlumat Ermənistan rəsmilərinin növbəti yalanıdır və böhtan xarakteri daşıyır. Bu məlumat əsassızdır və Azərbaycan Ordusu ilə heç bir əlaqəsi yoxdur”, - nazirlikdən bildirilir. **
A.Salayeva