Azərbaycan Mərkəzi Bankı (AMB) sentyabrın 6-na manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Sentyabrın 6-na manatın avroya nisbətən rəsmi məzənnəsi 2,0178 manat/1EUR səviyyəsində (sentyabrın 3-nə 2,0192 manat/1EUR) müəyyən edilib.
AMB sentyabrın 6-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0,0233 manat/1RUB səviyyəsində saxlayıb.*
N.Abbasova