2021-ci ilin yanvar-avqust aylarında Azərbaycanda qeyri-neft sektoru üzrə ixracın həcmi $1 milyard 585 milyon təşkil edib. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
O, Facebook səhifəsində yazıb ki, yanvar-avqust aylarında qeyri-neft məhsullarının ixrac həcmi 37,1% artıb.
Nazir vurğulayıb ki, 2021-ci ilin sonunadək qeyri-neft ixracının $2 milyardı ötəcəyi proqnozlaşdırılır.*
B.Rüstəmbəyov