Azərbaycanda koronavirus infeksiyasına 2 min 406 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 445,278 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 3 min 310 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 37 nəfər (ötən gün 42 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 5 min 879 nəfərə çatıb.
Virusa yoluxmuş 386,549 min nəfər (sutka ərzində +2 min 867 nəfər) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 52 min 850 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 550 (ötən gün 15 min 614 test), hazırkı dövrədək isə ümumilikdə 4 milyon 563,07 min test aparılıb.*
X.Nəsirzadə