Prezident İlham Əliyev “Yaponiyanın Tokio şəhərində keçirilən XVI Yay Paralimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının əlilliyi olan idmançıları və onların məşqçiləri üçün mükafatların müəyyən edilməsi haqqında” Sərəncam imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
Sərəncama əsasən, Paralimpiya Oyunlarında əldə etdikləri ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının əlilliyi olan idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:
birinci yeri tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat;
ikinci yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat;
üçüncü yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat.
Tokio şəhərində keçirilən XVI Yay Paralimpiya Oyunlarında Azərbaycan idmançıları 19 medal (14 qızıl, 1 gümüş, 4 bürünc) qazanıblar.*
E.Şəfiyev