Sentyabrın 6-da müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə baş tutacaq “Üç qardaş - 2021” beynəlxalq təliminin keçiriləcəyi ərazi ilə tanış olub.
“Müdafiə nazirinə təlimə hazırlıq prosesi və digər təşkilati məsələlərlə bağlı məruzə edilib. Təlimin yüksək səviyyədə təşkili və keçirilməsi üçün müvafiq göstərişlər verilib”, - deyə Müdafiə Nazirliyinin məlumatında bildirilir.
“Üç qardaş - 2021” beynəlxalq təlimi dost və tərəfdaş ölkələrin hərbi qulluqçularının sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılması üçün əlverişli mühit yaradacaq.*
E.Şəfiyev