Prezident İlham Əliyev maliyyə naziri Samir Şərifovu “Şöhrət” ordeni ilə təltif edib. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
S.Şərifov Azərbaycan Respublikasında maliyyə sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.
S.Şərifov 1995-2001-ci illərdə Azərbaycan Respublikası Milli Bankında departament direktoru, baş direktor, 2001-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru vəzifələrində çalışıb. O, 2006-cı ilin aprel ayında maliyyə naziri təyin olunub.*
E.Şəfiyev