Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanı Qarabağda revanş cəhdlərindən çəkindirib.
“Ermənistanın bu gün bir dövlət olaraq qonşuları ilə normal şəkildə yaşamağa ehtiyacı var. İndi Ermənistan silah almaq, ordu qurmaq istəyir. Biz (Azərbaycan - İF) bu kimi əməlləri özü-özünü təsəlli etmək kimi qiymətləndiririk. Əgər bu ölkədə kimlərsə revanş haqqında düşünəcəksə, bu, onların etdikləri növbəti tarixi xəta olacaq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və bundan sonra da sərhədlərinin və vətəndaşlarının təhlükəsizliyini təmin etməkdə davam edəcək”, - deyə Hacıyev “HaberGlobal”a müsahibəsində bildirib.*
N.Abbasova