Sentyabrın 10-da Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin iqtisadiyyat nazirlərinin 10-cu görüşü keçiriləcək. Bu barədə İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Tədbir çərçivəsində türkdilli ölkələr arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə ediləcək, Türk Şurasının 2-ci Biznes mükafatının təqdimetmə mərasimi, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına həsr edilmiş biznes forum təşkil olunacaq”, - deyə məlumatda bildirilir.*
X.Nəsirzadə