Səhiyyə Nazirliyi və TƏBİB cari epidemioloji vəziyyəti nəzərə alaraq 16-18 yaşlı yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə peyvəndin vurulması ilə bağlı qərar qəbul edib. Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Azərbaycan Respublikasında istisna hallarda 16-18 yaşlı yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurulacaq. 16-18 yaşlı yeniyetmələrin vaksinasiyası üçün vaksinasiyanın səbəbini göstərməklə valideynlərdən birinin yazılı müraciəti və hər iki valideynin yazılı razılığı tələb ediləcək.*
B.Rüstəmbəyov