Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu Lənkəran şəhərində çoxmənzilli binaların tikintisi üçün layihə sənədləri hazırlayacaq.
www.etender.gov.azsaytında dərc olunmuş məlumata görə, “MİDA” MMC müsabiqə əsasında seçilmiş “Azərdövlətlayihə” ilə 210,443 min manatlıq müqavilə bağlayıb.
Yeni kompleks akademik Zərifə Əliyeva küçəsində, 1,5 ha ərazidə inşa olunacaq.
Hazırda MİDA Yasamal rayonu və Hövsan qəsəbəsinin hər birində 2 yaşayış kompleksinin tikintisini və idarə edilməsini həyata keçirir, eləcə də Sumqayıtda 2, Gəncədə 1 yaşayış kompleksinin tikintisi layihələrinin reallaşdırılması istiqamətində iş aparır.*
B.Rüstəmbəyov