Sentyabrın 22-də Azərbaycan məktəblərində əyani dərslərə başlanacaq. Bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.
“Uzunmüddətli fasilədən sonra Azərbaycan təhsili ənənəvi formaya qayıdır. Ənənəvi təhsil mərhələlərlə təşkil olunacaq. 1-4-cü siniflər 22 sentyabrdan, 5-11-ci siniflər isə 29 sentyabrdan ənənəvi təhsilə başlayacaq”, - deyə nazir bildirib.
O qeyd edib ki, sentyabrın 29-dan ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələrində də əyani dərslər bərpa olunacaq.*