Azərbaycanda təhsil işçilərinin 80%-dən çoxu koronavirus infeksiyası əleyhinə vaksin olunub. Bunu təhsil naziri Emin Əmrullayev deyib.
“Nəzərə alsaq ki, sentyabrın 15-nə kimi koronavirus infeksiyası əleyhinə iki doza peyvənd vurdurmuş 2,7 milyondan çox insan immunitet qazanacaq, sentyabrın sonuna bu göstərici 4 milyon nəfər təşkil edəcək”, - deyə nazir bu gün keçirilən brifinqdə bildirib.
O qeyd edib ki, 81-82% təhsil işçisi vaksinasiyadan keçib.
“Bu da 169 862 nəfər təhsil işçisi deməkdir. 138654 təhsil işçisi hər iki dozanı qəbul edib”, - deyə E.Əmrullayev bildirib.*
E.Şəfiyev