Azərbaycanda koronavirus infeksiyasına 2 min 447 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 447,725 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 2 min 406 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 41 nəfər (ötən gün 37 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 5 min 920 nəfərə çatıb.
Virusa yoluxmuş 389,977 min nəfər (sutka ərzində +3 min 428 nəfər) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 51 min 828 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 min 530 (ötən gün 11 min 550 test), hazırkı dövrədək isə ümumilikdə 4 milyon 578,6 min test aparılıb.*
B.Rüstəmbəyov