Azərbaycanda “Ukrainian center” MMC qeydiyyata alınıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Vergi Xidmətindən məlumat verilib.
“Şirkətin nizamnamə kapitalı 50 min manat təşkil edir. Rəsmi təmsilçisi Ukrayna vətəndaşı Rüstəm Quliyevdir”, - deyə məlumatda bildirilir.
Şirkət 5 may 2021-ci il tarixində dövlət qeydiyyatına alınıb.
DVX “Ukrainian center” MMC-nin fəaliyyət növünü açıqlamır.*
B.Rüstəmbəyov