Azərbaycanda koronavirus infeksiyasına 2 min 557 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 450,282 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 2 min 447 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 39 nəfər (ötən gün 41 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 5 min 959 nəfərə çatıb.
Virusa yoluxmuş 393,569 min nəfər (sutka ərzində +3 min 592 nəfər) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 50 min 754 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 min 220 (ötən gün 15 min 530 test), hazırkı dövrədək isə ümumilikdə 4 milyon 593,82 min test aparılıb.*
B.Rüstəmbəyov