Azərbaycan hökuməti 2026-cı ilə qədər dövlət borcunun həcmini 2020-ci ilin yekunları üzrə ÜDM-in 23,4%-nə qarşı 19,3%-ə qədər azaltmağı planlaşdırır.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, hökumətin Maliyyə Nazirliyi tərəfindən dərc olunmuş proqnozlarına əsasən, 2021-ci ilin yekunları üzrə dövlət borcunun həcmi ÜDM-in 24,4%-ni təşkil edəcək.
Proqnozlara görə, 2022-ci ildən etibarən dövlət borcunun həcmi tədricən azalacaq. Gələn ilin yekunları üzrə dövlət borcunun həcmi ÜDM-in 22,8%-i, 2023-cü ildə ÜDM-in 21,3%-i, 2024-cü ildə ÜDM-in 20%-i, 2025-ci ildə ÜDM-in 19,3%-i səviyyəsində proqnozlaşdırılır.
Maliyyə Nazirliyi qeyd edir ki, 1 iyul 2021-ci il tarixinə Azərbaycanın dövlət borcu 17 milyard 349 milyon manat (cari məzənnə ilə $10 milyard 205,3 milyon) və ya ÜDM-in 21,6%-ni təşkil edir.*
A.Əzizov