Türkiyə Respublikasının Konya şəhərində keçirilən “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərinin növbəti günündə Azərbaycan Respublikasının qardaş ölkədəki hərbi attaşesi polkovnik Müşviq Məmmədov təlimlərdə iştirak edən şəxsi heyətlə görüşüb. Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
“Aviasiya bazasının komandiri general-mayor Öndər Şənsöz ilə görüşən polkovnik Müşviq Məmmədov vurğulayıb ki, bu təlimlərdə iki qardaş ölkənin hərbçiləri arasında geniş təcrübə mübadiləsinin aparılması çox əhəmiyyətlidir”, - deyə məlumatda bildirilir.
Görüşdən sonra hərbi attaşe aerodroma gələrək uçuş və texniki heyətlə görüşüb, təlimin gedişi ilə maraqlanıb.*
A.Salayeva