Ermənistanın müdafiə naziri Arşak Karapetyan Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin yeni komandanı general-mayor Mixail Kosobokov və RF-nin Ermənistandakı 102-ci bazasının komandiri, polkovnik Dmitri Ovçarovla görüşüb. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir.
Görüşdə tərəflər regional təhlükəsizlik problemləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Sentyabrın 6-da Ermənistan Müdafiə Nazirliyi bildirib ki, Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı Rüstəm Muradovun missiyası başa çatıb.*