2022-ci ildə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) gəlirləri 9 milyard 276,7 milyon manat məbləğində proqnozlaşdırılır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Nazirliyindən məlumat verilib.
Dövlət Neft Fondunun xərcləri 11 milyard 887,8 milyon manat məbləğində proqnozlaşdırılır, bunun 11 milyard 860 milyon manatını fonddan dövlət büdcəsinə transfertlər təşkil edəcək.
2022-ci ildə Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərcləri 5 milyard 284,2 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2021-ci ilin göstəricisindən 2,7% çoxdur.
2022-ci ildə İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri 180,3 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2021-ci ilin proqnoz göstəricisindən 14,3% çoxdur.
2022-ci ildə icmal büdcənin gəlirləri 26 milyard 967,7 milyon manat (artım 13,2%), xərcləri 32 milyard 145,9 milyon manat (artım 3,2%), kəsiri isə 5 milyard 178,2 milyon manat səviyyəsində proqnozlaşdırılır.*
N.Abbasova