Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) mobil rabitə operatorlarının müvafiq lisenziyalarının müddətini 10 il uzadıb.
“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə “Azercell” MMC, “Bakcell” MMC və “Azerfon” MMC arasında 10 il müddətinə müvafiq lisenziya müqavilələri bağlanıb. Bu müqavilələrə mobil rabitə xidmətləri (2G(GSM), 3G(UMTS) və 4G(LTE) texnoloji standartları) fəaliyyət növü üzrə lisenziyalar daxildir”, - deyə məlumatda bildirilir.
1996-cı ildən mobil rabitə operatorları fəaliyyətlərini müvafiq lisenziyalar əsasında həyata keçirir. Belə ki, “Azercell” MMC və“Bakcell” MMC 1996-cı ildə, “Azerfon” MMC isə 2005-ci ildə bazara daxil olub.*
B.Rüstəmbəyov