Prezident İlham Əliyev Bakı şəhərinin Binəqədi rayonunda avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Binəqədi rayonunun Binəqədi, M.Ə.Rəsulzadə və Sulutəpə qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,7 milyon manat ayrılır.
Vəsait Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində ayrılacaq.
Sərəncamın mətni bu gün dövlət başçısının saytında dərc olunub.*
E.Şəfiyev