Transxəzər beynəlxalq nəqliyyat marşrutu (TBNM) infrastrukturunun modernləşdirilməsi Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev ilə Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt Sultanov arasında danışıqların mövzusu olub.
Sultanovun sözlərinə görə, Ələt (Bakı) limanı ilə Qazaxıstanın Aktau və Kurık limanları arasında qarşılıqlı fəaliyyət məsələsi, eləcə də TBNM-in reallaşdırılması üzrə vahid operatorun yaradılması prosesləri müzakirə olunub.
“Operatorun vəzifəsi Asiya-Avropa marşrutu üzrə bütün tranzitçi ölkələri əlaqələndirmək və bütün dəhliz üçün vahid tarif formalaşdırmaq olacaq. Sonuncu - biznesin öz xahişidir, bu tarif biznes üçün “yaşıl işıq” olacaq və ticarət logistikasını əhəmiyyətli dərəcədə asanlaşdıracaq”, - deyə Sultanov vurğulayıb.*
B.Rüstəmbəyov