Nazirlər Kabineti Azərbaycandan ixrac olunan buğda və buğda ununa tətbiq olunan rüsumun müddətinin 1 may 2022-ci il tarixinədək uzadılması ilə bağlı qərar qəbul edib.
Nazirlər Kabinetinin saytında dərc olunmuş qərara əsasən, Azərbaycandan ixrac olunan buğda və unun hər tonuna tətbiq olunan gömrük rüsumu 1 may 2022-ci il tarixinədək $200 təşkil edəcək.
Daha əvvəl bu qərar 2021-ci il fevralın 16-da qüvvəyə minmişdi və 2021-ci il mayın 1-dək qüvvədə idi.
Artıq bu qərarın qüvvədə olma müddəti gələn ilin may ayının 1-nə kimi uzadılıb.
Bu qərara qədər Azərbaycandan ixrac olunan buğdaya gömrük rüsumu tətbiq edilmirdi, buğda ununa isə 15% rüsum tətbiq olunurdu.
Qərara əsasən, 1 may 2022-ci il tarixindən un ixracına tətbiq olunan gömrük rüsumu yenidən 15% təşkil edəcək, buğda ixracına isə rüsum tətbiq olunmayacaq.*
N.Abbasova